SON DƏQİQƏ

Müştəri qayçını dərzinin başına sancdı

Tarix:

30-05-2018, 09:15

/ 10 265 dəfə oxundu.
Müştəri qayçını dərzinin başına sancdı

Mingəçevir şəhərində mübahisə zəminində bir nəfər xəsarət alıb.

Gunaz.az xəbər verir ki, dərzi sexində işləyən 1987-ci il təvəllüdlü şəhər sakini Mahmudov İsmayıl Məmməd oğlu hazırda şəxsiyyəti məlum olmayan müştəri ilə mübahisə zəminində baş nahiyəsindən kəsici alətlə ağır xəsarət alıb.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Onun baş nahiyəsinin ənsə hissəsində xeyli ölçüdə kəsilmiş-deşilmiş yaralar aşkar olunub. İlkin məlumata görə, İsmayıl Məmmədovun başına qayçı ilə xəsarət yetirilib.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ