SON DƏQİQƏ
» » 200 manata görə ana və oğlunu çəkiclə öldürdü — TƏFƏRRÜAT

200 manata görə ana və oğlunu çəkiclə öldürdü — TƏFƏRRÜAT

Tarix:

28-05-2018, 19:19

/ 10 358 dəfə oxundu.
200 manata görə ana və oğlunu çəkiclə öldürdü — TƏFƏRRÜAT

220 manata görə ana və oğulu öldürən ömürlük məhkum cəzasının azaldılması üçün Ali Məhkəməyə müraciət edib.

Gunaz.az-ın məlumatına görə, cinayət məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilən Allahverdiyev Ruhin Kamal oğlunun məhkəmə prosesinə hakim Hafiz Nəsibov sədrlik edəcək.

Qeyd edək ki, Ruhin Allahverdiyev 2016-cı ilin 5 iyul tarixində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.

2016-cı il yanvarın 18-də Nərimanov rayon, Hacı Məmmədov küçəsi, ev 4, mənzil 8 ünvanında 34 yaşlı Aleksandr Məhərrəmov və anası, 67 yaşlı Janna Məhərrəmovanın qətlə yetirilməsi ilə bağlı bəzi məqamlar dəqiqləşib. Hadisəni törədən 1979-cu il təvəllüdlü Allahverdiyev Ruhi Kamal oğlu narkotik vasitə aludəçisi olub. Daha əvvəl də məhkum edilmiş R. Allahverdiyevin yanvarın 16-dan başlayaraq ağrıları başlayıb və “lomka”dan çıxmaq üçün təcili pul axtarışına çıxıb. Santexnika ustası işləyən R. Allahverdiyev alətlərini yığaraq əvvəldən tanıdığı Məhərrəmovların evinə yollanıb. Bu arada qeyd edək ki, R.Allahverdiyev daha əvvəl Məhərrəmovlardan pul alsa da, onların evində vəd etdiyi işləri görməyib.

Beləliklə, yanvarın 17-də səhər saatlarında R. Allahverdiyev Aleksandr Məhərrəmov və anasının yaşadığı evə gələrək qapını döyüb. Məhərrəmovlar onu pis qarşılamayıb, lakin bildiriblər ki, görməli olduğu işi artıq başqa usta həll edib. Bundan sonra Janna Məhərrəmova usta inciməsin deyə ona kofe süzüb və masaya dəvət edib. Lakin nəyin bahasına olursa-olsun, pul almaqda qərarlı olan usta niyyətini həyata keçirib. O, A. Məhərrəmov hamama keçən kimi özü ilə gətirdiyi çəkiclə Janna Məhərrəmovanın başına iki zərbə endirib. Səsə A.Məhərrəmov çıxıb və usta bu dəfə onun başına iki zərbə endirib. Daha sonra ana və oğlunun öldüyünə əmin olmaq məqsədi ilə o, döşəmədə hərəkətsiz vəziyyətdə olan hər iki şəxsin başına daha 1 dəfə zərbə endirərək onların öldüyünü qətiləşdirib.

R.Allahverdiyev J.Məhərrəmovanın üzərindən 20, A.Məhərrəmovdan isə 200 manat götürdükdən sonra qapını arxadan bağlayaraq uzaqlaşıb.

Hadisə yanvarın 17-də saat 10 radələrində baş versə də, hüquq-mühafizə orqanları bundan təxminən 2 sutka sonra xəbər tutub. A. Məhərrəmovun dostlarının ondan xəbər tuta bilməməsi ilə bağlı müraciətindən sonra əraziyə əməliyyat qrupu gəlib və FHN-in xilasediciləri qapını sındıraraq içəri daxil olub.

Maraqlıdır ki, R.Allahverdiyev cinayəti törətdikdən sonra adi qaydada həyatına davam edib və azadlıqda qaldığı bir neçə günü evdə ailəsi ilə birgə keçirib.

O, A.Məhərrəmov və anasının qətli barədə telekanallarda yayımlanan sujetləri də soyuqqanlılıqla izləyib. Hadisədən 10 gün sonra əməliyyatçılar onun evinə gəldikdə isə sakitcə əllərini qaldıraraq təslim olub.(Ölkə.az)

Qeyd edək ki, Aleksandr Məhərrəmov “Biznes Dialoq” konsaltinq biznes xidmətləri şirkətinin rəhbəri, business-dialogue.az saytının təsisçisi, anası isə şahmat müəllimi olub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ