Rusiyada yüngül mühərrikli "Bekas" təyyarəsi qəzaya uğrayıb.
Gunaz.az RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə Ryazan vilayətində, Uxolovsk rayonunda qeydə alınıb.
Məlumata görə, hadisə yerli vaxtla saat 20:40-da qeydə alınıb. Qəza zamanı təyyarənin pilotu həlak olub.
Hadisə yerinə operativ istintaq qrupu cəlb edilib. Qəzanın səbəbi və başvermə şəraiti araşdırılır.