SON DƏQİQƏ
» » Bakıda nasaz avtomobil qəzaya səbəb olub, xəsarət alanlar var - FOTO

Bakıda nasaz avtomobil qəzaya səbəb olub, xəsarət alanlar var - FOTO

Tarix:

19-05-2018, 09:00

/ 10 232 dəfə oxundu.
Bakıda nasaz avtomobil qəzaya səbəb olub, xəsarət alanlar var - FOTO

Bakı Kənar Dairəvi yolunda avtoqəza zamanı 3 nəfər ağır xəsarət alıb.

Gunaz.az report.az-a istinadən bildirir ki, hadisə Yasamal rayonunda baş verib.

Bakı Dairəvi yolunun kənar hissəsində 90-EV-224 dövlət qeydiyyat nişanlı "Opel" markalı avtomobilin elektrik cərəyan mənbəyi - akkumulyatoru xarab olub. Sürücü yoldan keçən 10-ZO-325 dövlət qeydiyyat nömrəli "Mercedes" markalı avtomobilin sahibindən kömək istəyib. Avtomaşınlar üz-üzə saxlanılaraq, sürücü və sərnişinin köməkliyi ilə akkumulyatordan cərəyan ötürmək istəyərkən arxadan sürətlə gələn digər "Mercedes" markalı avtomobil eynimarkalı maşına çırpılıb. Nəticədə iki avtomobilin arasında qalan 1996-cı il təvəllüdlü Məmmədov Əşrəf Vidadi oğlu, 1980-ci il təvəllüdlü Məmmədov Elçin Qulamhüseyn oğlu və 1983-cü il təvəllüdlü Abbasov Asif Vaqif oğlu müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Həkimlərin verdiyi məlumata görə, Ə.Məmmədov və E.Məmmədov ayaqlarından sınıq xəsarətləri alıb. Yaralılardan hər ikisinin vəziyyəti ağırdır.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avtotexniki ekspertiza təyin edilib.

скачать dle 12.1

Şərhlər