SON DƏQİQƏ
» » Məşhur aktrisa evində ölü tapıldı - “Superman”ın sevgilisi

Məşhur aktrisa evində ölü tapıldı - “Superman”ın sevgilisi

Tarix:

15-05-2018, 13:58

/ 10 344 dəfə oxundu.
Məşhur aktrisa evində ölü tapıldı - “Superman”ın sevgilisi

“Superman” seriya filmləri ilə məşhurlaşan kanadalı aktrisa Marqot Kidder vəfat edib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, 69 yaşlı aktrisanın ABŞ-ın Montana şəhərindəki evində meyiti tapılıb.

1970-1980-ci illərdə “Superman” xarakterinə həyat verən aktyor Kristoper Rivi ilə baş rolunu oynadığı filmlərlə məşhurlaşan Kidderin ölüm səbəbi açıqlanmayıb.

Aktrisa 1996-cı ildə məşhurluğun zirvəsində olarkən gözlənilmədən yoxa çıxmışdı.

Qeyd edək ki, Marqot Kidder “Superman”da polad adamın platonik sevgilisi olan jurnalist Lois Leyn xarakterini canlandırıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ