SON DƏQİQƏ

Ağaca görə 13 min manat cərimələndi

Tarix:

3-05-2018, 19:26

/ 10 442 dəfə oxundu.
Ağaca görə 13 min manat cərimələndi

Qəbələ rayonu Vəndam bələdiyyəsinin mülkiyyətinə məxsus torpaq sahəsində yaş köküstə 3-16 sm diametrliyində müxtəlif cinsli ağac və kolların qanunvericiliyə zidd olaraq kəsilərək məhv edilib və ərazidə münbit torpaq qatı korlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Gunaz.az-a verilən məlumata görə, araşdırma zamanı ağac və kolları məhv edən, münbit torpaq qatını korlayan şəxsin həmin torpaq sahəsinin icarədarı Qəbələ rayonu Vəndam kənd sakini Şahnəzərov Kənan Zakir oğlu olduğu müəyyən edilib.

Faktla bağlı Şahnəzərov Kənan Zakir oğlu barəsində akt tərtib edilmiş və ona təbiətə dəymiş 13104 ,52 manat ziyan hesablanıb.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozucusunun müvafiq məsuliyyətə cəlb edilməsi üçün zəruri tədbirlər görülür. Ağac kəsintisi ilə bağlı toplanmış materiallar Baş Prokurorluğa göndərilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ