SON DƏQİQƏ
» » Taksi sürücüsünün açarını oğurlayıb evini yardılar

Taksi sürücüsünün açarını oğurlayıb evini yardılar

Tarix:

2-05-2018, 12:07

/ 10 303 dəfə oxundu.
Taksi sürücüsünün açarını oğurlayıb evini yardılar

Bakıda qeyri-adi quldurluq cinayəti baş verib.

Gunaz.az xəbər verir ki, Hövsan qəsəbəsində 1 qadın və 1 kişi taksi fəaliyyəti ilə məşğul olan “VAZ-2106” markalı avtomobilə əyləşərək onları Türkan qəsəbəsinə aparmağını xahiş ediblər. Ancaq bu xahiş taksi sürücüsü Adil Babayevə baha başa gəlib. Belə ki, mənzil başına çatan müştərilər taksi sürücüsünün baş nahiyyəsinə zərbə endirərək onun cibindən ev açarlarını götürüblər. Sonra isə mənzilə daxil olub 6 min manatı götürərək ərazidən uzaqlaşıblar. 

Faktla əlaqədar Xəzər RPİ-nin İstintaq Şöbəsində cinayət məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb. İlkin araşdırmalar zamanı istintaqa məlum olub ki, quldurluğu törədənlər taksi sürücüsü barədə kifayət qədər məlumatlı olublar. Hazırda həmin qadın və kişinin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ