SON DƏQİQƏ
» » Külli miqdarda narkotik dövriyyədən çıxarıldı

Külli miqdarda narkotik dövriyyədən çıxarıldı

Tarix:

27-04-2018, 11:39

/ 10 367 dəfə oxundu.
Külli miqdarda narkotik dövriyyədən çıxarıldı

Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Etibar Ağayevin Mərdəkan qəsəbəsindəki evin həyətində kutivasiya yolu ilə əkdiyi 9 ədəd çətənə kolu və çəkisi 141 qram marixuana aşkar edilərək götürülüb.

Bu haqda Gunaz.az-a Daxili İşlər Nazirliyindən bildirilib.

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş Xalid Məmmədovdan isə çəkisi 850 qram olan marixuana götürülüb.

Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ