SON DƏQİQƏ
» » Bakıda polis bölməsinin ərazisində top mərmiləri tapıldı – FOTO

Bakıda polis bölməsinin ərazisində top mərmiləri tapıldı – FOTO

Tarix:

20-04-2018, 20:27

/ 10 239 dəfə oxundu.
Bakıda polis bölməsinin ərazisində top mərmiləri tapıldı – FOTO

Bakıda polis bölməsinin ərazisində üç boş top mərmisi tapılıb.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Gunaz.az-a verilən məlumata görə, aprelin 20-də saat 13:10-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Bakı şəhəri, Nərimanov rayonu, M.Nərimanov küçəsi 1 ünvanında mərminin tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunan rayonun 17-ci polis bölməsinin inzibati ərazisinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 3 ədəd boş top mərmisi (1 ədəd 100 mm-lik OF-412, 1 ədəd 122 mm-lik S-463 və 1 ədəd 122 mm-lik OF-530) aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunan mərmilərin ətrafında 100 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

 

Bakıda polis bölməsinin ərazisində top mərmiləri tapıldı – FOTO

 

Bakıda polis bölməsinin ərazisində top mərmiləri tapıldı – FOTO

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ