
"Kapital Bank" Bakıda bankın bankomatından 174 min manat pul oğurlanması faktı ilə bağlı məlumat yayıb.
Bankdan Gunaz.az -a verilən məlumata görə, ötən həftə Kapital Bank-ın Yasamal filialındakı (Landau küç., bina 6) bankomata müdaxilə edilib.
Faktla bağlı cinayət işi açılıb və hazırda istintaq gedir: "İstintaq gedişatına mane olmamaq üçün, istintaq yekunlaşanadək bu barədə ətraflı məlumat verə bilmərik. İstintaq bitəndən sonra Daxili İşlər Nazirliyi ilə birgə açıqlama verəcəyik".