SON DƏQİQƏ
» » Telefonla oynadığı yerdə 8 metr hündürlükdən yıxılıb öldü

Telefonla oynadığı yerdə 8 metr hündürlükdən yıxılıb öldü

Tarix:

15-03-2018, 08:53

/ 10 256 dəfə oxundu.
Telefonla oynadığı yerdə 8 metr hündürlükdən yıxılıb öldü

Çində gənc oğlan telefonla oynadığı zaman 8 metr hündürlükdən yıxılaraq dünyasını dəyişib.

Publika.az xəbər verir ki, hadisə Anhoy əyalətində baş verib. Tszyuxuaşan dağına ekskursiyaya gələn turistlərdən biri diqqətsizliyi üzündən həyatını itirib. Ekskursiyaya atası ilə gələn gənc oğlan maraqlı yerlərə baxmaqdan yorulub və turistləri yıxılmaqdan qoruyan mühəccərin üstündə oturaraq telefonla oynamağa başlayıb. Başı oyuna necə qarışıbsa, söykənəcək olmadığını unudub və... 8 metr hündürlükdən yıxılan gənc oğlan yerindəcə keçinib.

Qeyd edək ki, Çində internet və oyun asılılığına qarşı ciddi mübarizə aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ