SON DƏQİQƏ
» » Dövlət idarəsindən oğurluq edən şəxs tutuldu

Dövlət idarəsindən oğurluq edən şəxs tutuldu

Tarix:

14-03-2018, 13:14

/ 10 309 dəfə oxundu.
Dövlət idarəsindən oğurluq edən şəxs tutuldu

Sumqayıt şəhərində dövlət idarəsindən pul oğurlayan şəxs həbs edilib.

Gunaz.az DİN-dən verilən məlumata görə, Sumqayıt şəhər sakini T.Novruzovanın içərisində 2000 manat və sənəd olan çantasını oğurladığına görə tutulmuş Hicran Qurbanovun başqa cinayətləri də üzə çıxıb. 

Belə ki, onun ətrafında Sumqayıt ŞPİ 3-cü PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə H.Qurbanovun yanvarın 18-dən fevralın 20-dək olan müddətdə A.Alıyarovaya məxsus çantadan, şəhər Memarlıq və Şəhərsalma İdarəsinin mühasibat otağından pul oğurlaması da müəyyən edilib.

скачать dle 12.1

Şərhlər