Gunaz.az Report-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Ağırtonnajlı “Shacman” yük maşını yolu dönmək istəyən “VAZ-2106” markalı avtomobillə toqquşub. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan “VAZ”ın sərnişini, rayonun Astanabad kənd sakini, 1968-ci il təvəllüdlü Abbasova Vəsilə Əkbərağa qızı Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

 

 

Ələt-Astara yolunda yük maşını qəzaya uğradı - Foto