Yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən qaçmaqda şübhəli bilinən Bakı şəhər sakini Cəmilə Həsənova saxlanılıb.
Gunaz.az -a DİN-dən verilən xəbərə görə, Suraxanı RPİ 32-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 5-də Fərhad Şahpələngovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən qaçmaqda şübhəli bilinən “Nissan” markalı avtomobilin sürücüsü - Bakı şəhər sakini Cəmilə Həsənova tutularaq istintaq orqanına təhvil verilib.