SON DƏQİQƏ

Tbilisinin bazarında güclü yanğın

Tarix:

27-02-2018, 08:21

/ 288 dəfə oxundu.
Tbilisinin  bazarında güclü yanğın

Tbilisi şəhərinin mərkəzində yerləşən böyük əşya bazarında yanğın baş verib.

Gunaz.az "RİA Novosti"yə istinadən xəbər verir ki, əraziyə təqribən 35 yanğınsöndürmə briqadası cəlb olunub.

Yanğının səbəbləri məlum deyil. Şəhər meri Kaxa Kaladze hadisə yerinə gəlib.

Mağaza sahibləri öz mallarını xilas etməyə çalışırlar. Təcili yardım briqadaları və patrul polisi əməkdaşları hadisə yerinə səfərbər olunub. Bazara bitişik ərazilər çəpərlənib, nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

скачать dle 12.1

Şərhlər