SON DƏQİQƏ
» » Mikroavtobusu ilə avtokran toqquşub - ÖLƏNLƏR VAR

Mikroavtobusu ilə avtokran toqquşub - ÖLƏNLƏR VAR

Tarix:

19-02-2018, 10:49

/ 991 dəfə oxundu.
Mikroavtobusu ilə avtokran toqquşub - ÖLƏNLƏR VAR

Salyanda mikroavtobusun qəzaya uğraması nəticəsində 2 nəfər həyatını itirib, daha 2 nəfər isə xəsarət alıb.

Gunaz.az xəbər verir ki, hadisə səhər saatlarında Ələt-Astara magistral avtomobil yolunun Salyan rayonunun Yenikənd kəndi ərazisindən keçən hissəsində baş verib.

Masallı rayon sakini, 1961-ci il təvəllüdlü Babayev Şəmsəddin Əliabbas oğlunun idarə etdiyi “Mercedes” markalı mikroavtobusla Bakı şəhər sakini, 1961-ci il təvəllüdlü Əliyev Natiq Hidayət oğlunun idarə etdiyi “Bakelektro” ASC-yə məxsus "Toyota" markalı avtokran toqquşub. Qəza nəticəsində mikroavtobusda olan sərnişinlər - Masallı rayon sakinləri, 2000-ci il təvəllüdlü Qardaşov Asif Vaqif oğlu və 2001-ci il təvəllüdlü Musayeva Şəbnəm Seydulla qızı hadisə yerində dünyasını dəyişib. 50 yaşlı Gülzar Nurəliyeva və 30 yaşlı Amin Ağarəhimov isə xəsarətlə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, qəzada dünyasını dəyişən Asif Qardaşov BDU-nun 1-ci kurs tələbəsi imiş. Onun qardaşının da keçən il avtoqəzada həyatını itirdiyi deyilir.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər