SON DƏQİQƏ

Şirvanda akkumulyator oğrusu tutuldu

Tarix:

28-01-2018, 22:09

/ 984 dəfə oxundu.
Şirvanda akkumulyator oğrusu tutuldu

Salyanda oğurluqla məşğul olan şəxs saxlanılıb.

Gunaz.az xəbər verir ki, 1990-cı il təvəllüdlü Bəşirbəyli kənd sakini İsmayılov Qalib Ağası oğlu Qaraçala qəsəbəsindəki “Hacı Camalxan” kəndli-fermer təsərrüfatına məxsus “DAF” markalı yük maşınından iki ədəd akkumulyator oğurlayaraq Şirvan şəhərində satarkən polis əməkdaşları tərəfindən tutulub.

Hər birinin qiyməti 250-300 manat arasında olan akkumulyatorlar maddi sübut kimi götürülərək şöbəyə gətirilib.

Faktla bağlı Salyan rayon Polis şöbəsində araşdırma aparılır. (report)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ