SON DƏQİQƏ
» » Bakıda türkiyəli iş adamının evindən 110 min dollar oğurladılar

Bakıda türkiyəli iş adamının evindən 110 min dollar oğurladılar

Tarix:

25-01-2018, 11:19

/ 1 120 dəfə oxundu.
Bakıda türkiyəli iş adamının evindən 110 min dollar oğurladılar

Bakıda türkiyəli iş adamının evi qarət edilib.
Gunaz.az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb. Türkiyə vətəndaşı Selçuk Mahmud oğlu Tapan polisə müraciət edərək yanvarın 23-də yaşadığı evin pəncərəsindəki dəmir barmaqlıqları qırmaqla oradan 110 min dollar, 1000 avro və 4000 manatlıq qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Daxil olan məlumat əsasında araşdırmalara başlanıb.

Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarışlar tədbirləri davam etdirilir.

Qeyd edək ki, Selçuk Mahmud oğlu Tapan Bakıda sahibkarlıq fəaliyyəti ilə məşğuldur.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ