SON DƏQİQƏ

Bakıda yanacaqdoldurma məntəqəsinə basqın

Tarix:

18-12-2017, 11:51

/ 1 964 dəfə oxundu.
Bakıda yanacaqdoldurma məntəqəsinə basqın

Bakıda yanacaqdoldurma məntəqəsinə basqın olub.

Gunaz.az xəbər verir ki, paytaxtın Xətai rayonu, Nobel prospektində yerləşən yanacaqdoldurma məntəqələrindən birinin istirahət otağına daxil olan naməlum şəxslər orada işləyən Mehman Cabbarovu bıçaqla hədələyərək pul tələb ediblər.

M. Cabbarov üzərində olan 552 manat pulu onlara verdikdən sonra naməlum şəxslər yanacaqdoldurma məntəqəsini tərk ediblər.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Sərxan Mailli və Niyaməddin Mustafayev tutulublar. (apa)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ