SON DƏQİQƏ

Bərdədə ev soyudu: Pul və qızıl oğurlandı

Tarix:

28-11-2017, 17:53

/ 758 dəfə oxundu.
Bərdədə ev soyudu: Pul və qızıl oğurlandı

Bərdə şəhər sakini Nicatağa Bağırov evindən oğurluq edildiyi barədə rayon polis şöbəsinə məlumat verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Gunaz.az-a verilən məlumata görə, zərərçəkən evdən ümumilikdə 4 min 300 dollar dəyərində qızıl əşyaların, fotoaparatın, 1280 manat dəyəri olan məişət əşyalarının oğurlandığını bildirib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun Mingəçevir şəhər sakini Sərdar Qurbanov olduğu müəyyən edilib.

O, törətdiyi əməli etiraf edib. Oğurlanmış əşyalar maddi sübut kimi götürülüb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ