SON DƏQİQƏ
» » Ermənilər əsgərimizin cəsədini geri qaytardılar

Ermənilər əsgərimizin cəsədini geri qaytardılar

Tarix:

28-11-2017, 13:30

/ 845 dəfə oxundu.
Ermənilər əsgərimizin cəsədini geri qaytardılar

Hərbi cinayət törətdikdən sonra xidmət yerini özbaşına tərk edən 1998-ci il təvəllüdlü əsgər Cəlilbəyli Bəhruz Pərviz oğlunun meyiti Azərbaycana qaytarılıb.

Gunaz.az-ın xəbərinə görə, Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyinin Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirdiyi tədbirlər nəticəsində noyabrın 23-də Ermənistan-Azərbaycan sərhədinin cənub-qərb istiqamətində, qoşunların təmas xəttində əsgər Cəlilbəyli Bəhruz Pərviz oğlunun tapılmış cəsədi noyabrın 28-də Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda Azərbaycana təhvil verilib.

Prosesdə Azərbaycanın və Ermənistanın aidiyyəti dövlət qurumlarının və Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, B. Cəlilbəyli bu il yanvarın 5-də Sədərək rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

скачать dle 12.1

Şərhlər