SON DƏQİQƏ
» » Kriminalların “sxodka”sına basqın: 60 avtoritet saxlanıldı

Kriminalların “sxodka”sına basqın: 60 avtoritet saxlanıldı

Tarix:

27-11-2017, 07:40

/ 2 215 dəfə oxundu.
Kriminalların “sxodka”sına basqın: 60 avtoritet saxlanıldı

Ukrayna polisi 60 kriminal avtoriteti həbs edib.

Gunaz.az xəbər verir ki, Ukrayna Milli Polisi xüsusi təyinatlıların da iştirak etdiyi əməliyyatın adı açıqlanmayan restoranda keçirildiyini bildirib. Operativ məlumata görə, burda avtoritetlər Kiyev və digər regionlardakı kriminal vəziyyəti müzakirə edirmiş. Müzakirədə iştirak edən bütün iştirakçılar polis idarəsinə aparılıb.

Saxlanılanların böyük əksəriyyəti əvvəllər bu və ya digər cinayətə görə məsuliyyətə cəlb edilən şəxslərdir. Axtarış zamanı bir neçə silah da ələ keçirilib. (axar.az)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ