BŞBPİ-nin mətbuat xidmətinin rəhbərinin oğlu qızaya düşdü
Tarix:
13-09-2017, 16:58
/ 1 575 dəfə oxundu.
Bakıda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi
başlanıb.
Məlumata görə, sentyabrın 7-də axşam saatlarında "Subaru” və "Opel”
markalı avtomobillərin toqquşması nəticəsində iki nəfərin ölməsi, üç nəfərin
yaralanması faktı ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti
qaydalarını pozma – ehtiyatsızlıqdan iki və daha artıq şəxsin ölümünə səbəb
olduqda) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi üzrə istintaq
hərəkətləri davam etdirilir. Qeyd edək ki, qəzada "Opel” markalı avtomobilin
sürücüsü, 1971-ci il təvəllüdlü Məmiyev Füzuli Mədət oğlu və sərnişini, 1966-cı
il təvəllüdlü Məmmədov Kamal Nəcəf oğlu ölüb. Daha üç nəfər – 1984-cü il
təvəllüdlü Cəbiyev Əflatun Güləli oğlu, 1976-cı il təvəllüdlü Məmmədov Mahir
Müqabil oğlu və 1999-cu il təvəllüdlü Süleymanlı Atilla Nazir oğlu xəsarətlə
xəstəxanaya yerləşdirilib. "Subaru” markalı avtomobili idarə edən Arif Rəhimov
Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətinin rəhbəri Qalib
Rəhimovun oğludur. Qəzada o yüngül xəsarət alıb.