Meksika sahillərində 8,2 bal gücündə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 61 nəfərə çatıb.
GUNAZ.az "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Enrike Penya Nyeto bildirib.
Qeyd edək ki, 8,2 bal gücündə zəlzələ ötən gün saat 04.49-da (Bakı vaxtı ilə 08.49-da baş verib. Zəlzələnin episentri Tres-Pikos yaşayış məntəqəsindən 119 km cənub-qərbdə, yerin səthindən 33 km dərinlikdə qeydə alınıb.
Zəlzələdən sonra sunami xəbərdarlığı verilib.