SON DƏQİQƏ

Siyəzəndə maşın aşdı: 4 yaralı

Tarix:

6-09-2017, 16:58

/ 919 dəfə oxundu.
Siyəzəndə maşın aşdı: 4 yaralı

Bu gün Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Hadisə magistralın Siyəzən rayonu ərazisindən keçən hissəsində baş verib.

Avtomobilin aşması nəticəsində Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü İbrahim İbrahimov, Rusiya vətəndaşları - 1994-cü il təvəllüdlü Sədulla Maqomedov, 1972-ci il təvəllüdlü Sayadxanım Aşurbekova və 1974-cü il təvəllüdlü Esmira Abdullayeva xəsarət alıb.

Xəsarət alan şəxslər Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdiriliblər.

Faktla bağlı araşdırmalar aparılır. (apa)

GUNAZ.az
скачать dle 12.1

Şərhlər