SON DƏQİQƏ
» » Təbii fəlakət ən azı 16 nəfərin həyatına son qoydu

Təbii fəlakət ən azı 16 nəfərin həyatına son qoydu

Tarix:

11-07-2017, 21:04

/ 4 009 dəfə oxundu.
Təbii fəlakət ən azı 16 nəfərin həyatına son qoydu

Hindistanın Arunaçal-Pradeş şəhərində ən azı 16 nəfər torpaq sürüşməsinin qurbanı olub.

 GUNAZ.az xəbər verir ki, bu haqda yerli hakimiyyətə istinadən "Röyters” agentliyi məlumat yayıb.

Hadisə ştatın inzibati mərkəzi olan İtanaqar şəhərinin 40 kilometrliyində yerləşən Papum-Pare dairəsinin Laptap kəndində baş verib. Təbii fəlakətə səbəb arası kəsilməyən leysan yağışları olub.
Hindistanın NDTV telekanalının xəbərinə görə, Laptap kəndinə gedən yol uçqunlara görə bağlandığı üçün xilasedicilər hadisə yerinə qədər çata bilmirlər. Axtarış-xilasetmə əməliyyatında hələ ki, kənd sakinlərinin özləri iştirak edirlər.

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ