SON DƏQİQƏ
» » Futbol matçında bədbəxt hadisə- Ölənlər var

Futbol matçında bədbəxt hadisə- Ölənlər var

Tarix:

8-07-2017, 08:29

/ 3 927 dəfə oxundu.
Futbol matçında bədbəxt hadisə- Ölənlər var

Malavidə yoxlama oyunundan öncə yaranan basabas 8 nəfərin həyatına son qoyub.
GUNAZ.az xəbər verir ki, iyulun 6-da bu ölkənin Britaniya müstəmləkəçiliyindən azad olaraq müstəqilliyini elan etməsinin 53-cü ildönümü münasibətilə yerli "Niyasa biq Bullets" və "Silver Straykers" klubları arasında yoldaşlıq görüşü keçirilməsi nəzərdə tutulmuşdu. Qarşılaşma 40 min azarkeş tutumuna malik stadionda baş tutmalı idi. Arenaya giriş isə pulsuz elan olunub.
Matçdan öncə minlərlə adam stadiona daxil olmaq və daha münasib yerlərdə oturmaq üçün basabas yaradıb. Nəticədə 7-si uşaq olmaqla 8 nəfər ayaqlar altında qalaraq dünyasını dəyişib. Xeyli insan yaralanıb.
Malavi prezidenti Piter Mutarika baş verən hadisəyə biganə qalmayıb. Faciədən bərk təsirləndiyini deyən ölkə başçısı dünyasını dəyişənlərin ailələrinə başsağlığı verib və hər kəsi onlara dəstək olmağa səsləyib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ