SON DƏQİQƏ

Bakıda toyda dava düşdü

Tarix:

6-07-2017, 07:54

/ 2 828 dəfə oxundu.
Bakıda toyda dava düşdü

Bakıda toyda dava düşüb.
GUNAZ.az xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində, Mikayıl Əliyev küçəsindəki "Su səsi” restoranında qeydə alınıb.
Restoranda keçirilən toy mərasiminin qonaqları arasında hələlik məlum olmayan səbəbdən mübahisə yaranıb. Mübahisə sonradan davaya çevrilib. Dava zamanı 35 yaşlı Qoşqar Həşimov döyülüb. Onun başına butulka ilə zərbə də endirilib. Yaralanan Qoşqar Həşimov xəstəxanaya çatdırılıb.
Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsində araşdırma aparılır.(Publika.az)

скачать dle 12.1

Şərhlər