SON DƏQİQƏ
» » Bakı-Qazax yolunda bir ailənin 3 üzvünü maşın vurdu

Bakı-Qazax yolunda bir ailənin 3 üzvünü maşın vurdu

Tarix:

22-06-2017, 07:44

/ 3 946 dəfə oxundu.
Bakı-Qazax yolunda bir ailənin 3 üzvünü maşın vurdu

Bakı-Qazax avtomobil yolunda 3 piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
GUNAZ.az xəbər verir ki, qəza Bakı-Qazax yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Bakı-Qazax sərnişin avtobusundan enən 3 sərnişin - ər-arvad və onların övladı "VAZ-2107" markalı avtomobil tərəfindən vurulub. Müxtəlif bədən xəsarətləri alan hər üç yaralı Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan atayla övladın vəziyyəti qənaətbəxş, qadınınkı isə orta-ağırdır.
Baş vermiş hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırmalara başlanılıb. (report)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ