SON DƏQİQƏ
» » Muzeydən Azərbaycan şahına məxsus qılınc oğurlandı

Muzeydən Azərbaycan şahına məxsus qılınc oğurlandı

Tarix:

11-06-2017, 13:10

/ 3 006 dəfə oxundu.
Muzeydən Azərbaycan şahına məxsus qılınc oğurlandı

Dağıstanın "Kubaçi bədii kombinatı" Dövlət unitar müəssisəsi nəzdində yerləşən muzeydən 90-dan çox eksponat oğurlanıb.

GUNAZ.az report-a istinadən xəbər verir ki, bu barədə Dağıstan Respublikası üzrə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Hazırda hadisə yerində qarəti "isti izlərlə" açmağa çalışan əməliyyat-istintaq qrupu işləyir, əşyaların dəyəri müəyyənləşdirilir.
Oğurlanan əşyalar arasında, həmçinin 1736-1747-ci illərdə Azərbaycan və İran şahı olmuş Nadirin qılıncı, üzərində Stalin və Kremlin təsviri olan gümüş vazalar və s. olub.
DİN-in məlumatına görə, naməlum şəxslər muzeyə giriş qapısını qıraraq daxil olublar. Muzeydə siqnalizasiya və peşəkar mühafizə sistemi olmayıb.


скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər