SON DƏQİQƏ
» » Rusiyanın Tver vilayətində güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb

Rusiyanın Tver vilayətində güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb

Tarix:

4-06-2017, 14:22

/ 3 631 dəfə oxundu.
Rusiyanın Tver vilayətində güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb

Rusiyanın Tver vilayətinin Konakovsk rayonunda bağçılıq dərnəyində güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb.
GUNAZ.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.
 
Konakovsk rayonunun Redkino qəsəbəsində hadisə yerinə baxış zamanı yaxınlıqdakı evin qarşısındakı avtomobillərin birinin yük yerində üzərində güllə yarası olan qadın aşkarlanıb.
 
Qeyd edək ki, Konakovsk rayonunun Redkino qəsəbəsində dərnəyə elektrik işləri görmək üçün çağırılmış elektriklə mübahisə olub. Elektrik evə qayıdaraq silah götürüb və dərnəyə qayıdaraq oradakı insanlar atəş açıb. İlkin məlumatda 6 kişi və 2 qadının güllələnərək öldürüldüyü bildirilmişdi. Qatil saxlanılıb.

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ