SON DƏQİQƏ
» » Mançesterdə konsertdə güclü partlayış: olənlər və yaralılar coxdur

Mançesterdə konsertdə güclü partlayış: olənlər və yaralılar coxdur

Tarix:

23-05-2017, 09:08

/ 6 028 dəfə oxundu.
Mançesterdə konsertdə güclü partlayış:  olənlər və yaralılar coxdur


Mayın 22-si axşam saatlarında "Mançester Arena"da keçirilən konsert zamanı partlayış baş verib.
 Bu barədə dünya mətbuatları geniş yazıb.
Hadisə şahidlərinin sözlərinə görə, partlayış səsləri amerikalı müğənni Ariana Qrande son mahnısını bitirərək səhnəni tərk etdikdən sonra eşidilib. Bu zaman işıqlar sönüb, insanlar təşviş içərisində çıxışa doğru qaçmağa başlayıblar. Hadisə yerinə polis və "təcili yardım" avtomobilləri cəlb olunub.
Stadionun yaxınlığında yerləşən "Viktoriya" dəmiryolu vağzalı bağlanıb. Terminal qatarları nə qəbul edir, nə də göndərir.
"NBC News" telekanalının məlumatına görə, stadionda partlayış zamanı ən azı 20 nəfər ölüb, 100 nəfər xəsarət alıb.
 Polisin isə apardığı dəqiqləşdirməyə görə, insident zamanı 19 nəfər ölüb, təqribən 50 nəfər yaralanıb.
 Polis digər fərziyyələr ortaya çıxana qədər hadisəni terror aktı kimi nəzərdən keçirir.

GUNAZ.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ