SON DƏQİQƏ

Bakıda 26 yaşlı gənc güllələnib

Tarix:

20-05-2017, 08:07

/ 3 979 dəfə oxundu.
Bakıda 26 yaşlı gənc güllələnib

Bakıda güllələnmə hadisəsi baş verib.  Hadisə Sabunçu rayonu ərazisində, Albalılıq yaşayış massivində qeydə alınıb.
Mayın 19-da axşam saatlarında 1991-ci il təvəllüdlü Dadaşov Elnur Etibar oğluna "Kalaşnikov” avtomatından atəş açılıb. Güllə 26 yaşlı gəncin bədəninin sol tərəfindən dəyib, 5,45 kalibrli güllə onun daxili orqanlarını zədələyib. Elnur Dadaşov qohumları tərəfindən 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb, əməliyyat olunub.
Yaralının qohumları bildiriblər ki, Elnur Dadaşova naməlum avtomobildə olan şəxslər tərəfindən atəş açılıb. Lakin onlar qanlı hadisənin motivi barədə məlumatsız olduqlarını bildiriblər. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. 26 yaşlı Elnur Dadaşovun hansı səbəbdən və kim tərəfindən güllələndiyi dəqiqləşdirilir.(APA)

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ