SON DƏQİQƏ
» » Şamaxıda güclü leysan: bir kəndlə əlaqə kəsildi

Şamaxıda güclü leysan: bir kəndlə əlaqə kəsildi

Tarix:

17-05-2017, 19:02

/ 634 dəfə oxundu.
Şamaxıda güclü leysan: bir kəndlə əlaqə kəsildi

Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şamaxı rayonu, Keçmədin kəndinə aramsız yağan yağışlar nəticəsində kəndlə nəqliyyat əlaqəsinin kəsilib.
 Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verilir ki, bu səbəbdən tibbi yardıma ehtiyacı olan 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə xilasedicilərə müraciət daxil olub. 
Müvafiq köməklik göstərilməsi məqsədi ilə dərhal Nazirliyin Mülki Müdafiə Qoşunlarının canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunaraq vətəndaşın təhlükəsiz əraziyə çıxarılması təmin edilib. Əməliyyat saat 13:46-da başa çatıb.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ