SON DƏQİQƏ
» » Şəmkirdə qadın əri tərəfindən vəhşicəsinə döyüldü - Vəziyyəti ağırdır

Şəmkirdə qadın əri tərəfindən vəhşicəsinə döyüldü - Vəziyyəti ağırdır

Tarix:

14-05-2017, 18:47

/ 2 646 dəfə oxundu.
Şəmkirdə qadın əri tərəfindən vəhşicəsinə döyüldü - Vəziyyəti ağırdır

Şəmkir rayonunun Kür qəsəbəsində qadın əri tərəfindən döyülərək ağır xəsarət alıb.

1989-cu il təvəllüdlü qəsəbə sakini Elnur Quliyev həyat yoldaşı, 1988-ci il təvəllüdlü İlahə Həsənovanı döyərək baş və bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirib.

Yaralı əvvəlcə yaxınlarının köməkliyi ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Daha sonra Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına köçürülən qadına həkimlər tərəfindən tibbi yardım göstərilib. Onun vəziyyəti orta-ağırdır.

Faktla bağlı Şəmkir Rayon Polis şöbəsində araşdırma aparılır.

GUNAZ.az 

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər