SON DƏQİQƏ

Müəllimə imtahan zamanı öldü - VİDEO

Tarix:

12-05-2017, 09:59

/ 4 029 dəfə oxundu.
Müəllimə imtahan zamanı öldü - VİDEO

Sputnik Azərbaycan saytı hadisənin təfərrüatı ilə bağlı məlumat yayıb.
Məlumata görə, müəllimə dərsdə deyil, müəllimlərin diaqnostik qiymətləndirməsi məqsədilə keçirilən imtahanda dünyasını dəyişib.
Hadisə Qax rayonunda keçirilən müəllimlərin diaqnostik qiymətləndirməsi zamanı baş verib. Belə ki, Təhsil Nazirliyi tərəfindən Qax Olimpiya İdman Kompleksində ümumtəhsil məktəblərində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilib. Qiymətləndirmədə 12 mindən artıq müəllim iştirak edib.
Qiymətləndirmənin gedişi zamanı Qax rayonu Turaclı kəndindən olan 1966-cı il təvəllüdlü Gülxar Nadir qızı Babayevanın halı qəflətən pisləşib. Onu dərhal Təcili Tibbi Yardım maşını ilə Qax rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən 51 yaşlı Gülxar Babayeva təqribən bir saatdan sonra dünyasını dəyişib.
Xəstəxanadan müəllimənin bərk həyəcan keçirməsi səbəbindən öldüyü bildirilib.
Faktla bağlı araşdırma aparılır.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ