SON DƏQİQƏ

Sumqayıtda faciə - Ana və körpəsi öldü

Tarix:

9-05-2017, 13:50

/ 2 864 dəfə oxundu.
Sumqayıtda faciə - Ana və körpəsi öldü

Sumqayıt şəhərində doğuş zamanı ana və körpəsi ölüb.
"Report"un məlumatına görə, hadisə Sumqayıt şəhər 1 saylı Doğum evində qeydə alınıb. 
Belə ki, 1979-cu il təvəllüdlü Gülnarə Təyyar qızı Əkbərova doğum zamanı dünyaya gətirdiyi körpə ilə yanaşı, özü də ölüb.
Əkbərovlar ailəsi həkim səhlənkarlığı iddiası ilə aidiyyəti qurumlara şikayət ediblər. Şikayət əsasında ana və körpənin meyiti Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertizia və Patoloji Anatomiya Birliyinin Mərkəzi şöbəsinə təhvil verilib. 
Faktla bağlı araşdırma aparılır.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ