SON DƏQİQƏ
» » Türkiyədə DƏHŞƏT!-Qəzada boğazına inşaat dəmiri batan gənc qız...

Türkiyədə DƏHŞƏT!-Qəzada boğazına inşaat dəmiri batan gənc qız...

Tarix:

9-05-2017, 12:01

/ 4 010 dəfə oxundu.
Türkiyədə DƏHŞƏT!-Qəzada boğazına inşaat dəmiri batan gənc qız...

Türkiyədə dəhşətli yol qəzası baş verib.
Türkiyə mətbuatına istinadla verilən məlumata görə, tükürpədici hadisə Qaziantepdə olub.
Avtomobilin sürücüsü idarəetməni itirərək bir tikilinin önündəki 6 metrlik dəmirə çırpılıb. Çırpılmanın təsirindən 4 mm diametri olan dəmir boru maşının ön pəncərəsini qıraraq keçib. Dəmir boru ön oturacaqdakı sərnişin qızın boğazından girərək arxadan çıxıb. Dəmir 24 yaşlı Hande Karaoğlunun boğazından çıxdıqdan sonra arxa oturacağı da deşib. 
Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası və xilasedicilər çağırıblar. Onlar dəmiri ön və arxadan kəsərək qızı boğazındakı dəmirlə birlikdə xəstəxanaya çatdırıblar. 
Reanimasiyaya yerləşdirilən Hande Karaoğlunun həyati təhlükəsi var.

GUNAZ.az


скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ