SON DƏQİQƏ
» » 35 yaşlı kişi sirkə turşusundan zəhərlənib

35 yaşlı kişi sirkə turşusundan zəhərlənib

Tarix:

8-05-2017, 23:30

/ 2 551 dəfə oxundu.
35 yaşlı kişi sirkə turşusundan zəhərlənib

Şəkidə 35 yaşlı kişi sirkə turşusundan zəhərlənib.
Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) verilən məlumata görə, bu gün axşam saat 18 radələrində Şəki rayonu Turan qəsəbə sakini, 1982-ci il təvəllüdlü Elçin Fikrət oğlu Məmmədov kəskin zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub. 
Müayinə zamanı məlum olub ki, 35 yaşlı Elçin Məmmədov sirkə turşusundan zəhərlənib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Elçin Məmmədova lazımi tibbi yardım göstərilib, vəziyyəti ağır kimi qiymətləndirilir.
 
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Elçin Məmmədovun sirkə turşusunu hansı səbəbdən içməsini aparılacaq araşdırmalardan sonra söyləmək mümkün olacaq.
 
Faktla bağlı araşdırma aparılır.
 
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ