SON DƏQİQƏ
» » Sutka ərzində Ermənistan atəşkəs rejimini 117 dəfə pozub

Sutka ərzində Ermənistan atəşkəs rejimini 117 dəfə pozub

Tarix:

6-05-2017, 10:15

/ 4 511 dəfə oxundu.
Sutka ərzində Ermənistan atəşkəs rejimini 117 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan (17 mərmi) da istifadə etməklə, sutka ərzində atəşkəs rejimini 117 dəfə pozub.
 Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadən verilən xəbərə görə, Ermənistan ordusu Noyemberyan rayonunun Barekamavan kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Kəmərli, Fərəhli, Qaymaqlı, Quşçu Ayrım kəndlərində, Berd rayonunun Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərindən Tovuz rayonunun Ağdam, Ağbulaq, Koxanəbi, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən isə Azərbaycan ordusunun Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini atəşə tutub.
İşğalçılar Tərtər rayonunun işğal altında olan Çiləbürt, Yarımca,  Ağdam rayonunun Mərzili, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Horadiz, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Ağdam Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə məruz qoyub.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ