SON DƏQİQƏ

Avtobus kanala düşdü: 14 ölü, 28 yaralı

Tarix:

5-05-2017, 10:01

/ 6 061 dəfə oxundu.
Avtobus kanala düşdü: 14 ölü, 28 yaralı

Hindistanın Uttar-Pradeş əyalətində sərnişin daşıyan avtobus bilinməyən səbəblərdən kanala yuvarlanıb. Hadisə nəticəsində avtobusun içərisində olan sərnişinlərdən 14-ü ölüb, 28 isə ağır xəsarət alıb.

 Hadisənin hansı səbəbdən baş verdiyi dəqiq bilinməsə də, ilkin ehtimallara görə, sərnişinləri toydan gətirən sürücü ya yuxulu olub, ya da içkili.

Hindistanda yolların səliqəsiz və baxımsızlığı səbəbindən tez-tez ağır yol nəqliyyat hadisələri baş verir.

Rəsmi statistikaya görə, hər gün yollarda qəzalar nəticəsində 400 insan həyatını itirir. Bir il ərzində sadəcə yol nəqliyyat qəzalarında 150 min insan həlak olub.

GUNAZ.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ