SON DƏQİQƏ
» » “BakuBus”da sərnişin özünü çölə atdı - VİDEO

“BakuBus”da sərnişin özünü çölə atdı - VİDEO

Tarix:

4-05-2017, 15:39

/ 3 671 dəfə oxundu.
“BakuBus”da sərnişin özünü çölə atdı - VİDEO

Aprelin 28-də səhər saatlarında Bakının mərkəzi küçələrindən birində hərəkətdə olan "BakuBus” avtobusundan istifadə edən sərnişin qaydaları kobud surətdə pozub. 
"BakuBus”ın mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mansur Piriyevin İstiPress-ə verdiyi məlumata görə, sərnişin işıqforda dayanan avtobusun qapısını açmağa çalışıb. O, fövqəladə hallarda sərnişinlərin təxliyə edilməsi üçün nəzərdə tutulmuş vasitədən istifadə edərək avtobusun qapısını açmağa nail olub və yolun ortasında avtobusdan düşüb. Bu hərəkətləri ilə ictimai nəqliyyatda təhlükəsizlik qaydalarını pozan sərnişin həyatını təhlükəyə ataraq yolun ortasında, nəqliyyatın gur olduğu yerdə avtobusdan enməklə yolda olan digər nəqliyyat vasitələri üçün də təhlükə yaradıb. Başqa bir sənişin də onun bu hərəkətini təkrarlayıb. 
Qurum rəsmisi bildirib ki, "BakuBus” fəaliyyətə başladığı ilk gündən etibarən sərnişindaşıma xidmətinin daha səmərəli və effektiv həyata keçirilməsi üçün sərnişinlər arasında ictimai nəqliyyatdan istifadə zamanı təhlükəsizlik və davranış qaydaları ilə bağlı müxtəlif maarifləndirici tədbirlər həyata keçirir. Avtobusların salonunda isə gün ərzində bu xidmətdən istifadə edən sərnişinlərə ictimai nəqliyyatdan istifadə zamanı təhlükəsizlik və davranış qaydaları səsli olaraq çatdırılır. Ancaq təəssüf ki, bəzi sərnişinlər hələ də bu qaydalara əməl etmək istəmir və özləri ilə yanaşı, digər sərnişinlərin də həyatını təhlükəyə atmağa davam edirlər.

GUNAZ.az


скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ