SON DƏQİQƏ
» » Yasamal qəbiristanlığında gənc oğlan bıçaqlandı

Yasamal qəbiristanlığında gənc oğlan bıçaqlandı

Tarix:

26-04-2017, 08:15

/ 3 978 dəfə oxundu.
Yasamal qəbiristanlığında gənc oğlan bıçaqlandı

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.
 1999-cü il təvəllüdlü Xaliqzadə Elvin Rasim oğlu Z.Kərimov küçəsində yerləşən qəbiristanlıq ərazisində naməlum şəxs tərəfindən bıçaqlanıb.
Hadisədən sonra o özü yaralı vəziyyətdə yola çıxaraq avtomobillərə əl edib və kömək istəyib. E.Xaliqzadə maşınlardan biri vasitəsi ilə xəstəxanaya çatdırılıb. Həkimlər çoxlu qan itirən yaralının vəziyyətini ağır kimi qiymətləndirirlər.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır. (Report)

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ