SON DƏQİQƏ
» » Qubada yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alanlar var

Qubada yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alanlar var

Tarix:

23-04-2017, 20:58

/ 2 971 dəfə oxundu.
Qubada yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alanlar var

Quba rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Quba-Xaçmaz yolunun Alekseyevka kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 
Belə ki, VAZ-2107 markalı, 40-BN-590 dövlət nömrə nişanlı avtomobil yol kənarındakı qaz borusuna çırpılıb. Hadisə nəticəsində avtomobilin sürücüsü, Quba rayon sakini Quliyev Ceyhun Vələmməd oğlu, habelə sərnişinlər -Xaçmaz rayonunun Bayoba kənd sakinləri - Paşayev Əmirbaba Nazim oğlu və Paşayev Ədalət Nazim oğlu xəsarət alıblar.
Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyəti orta-ağır qiymətləndirilir.
Qeyd edək ki, hadisəyə səbəb sürücünün nəqliyyat vasitəsinə idarəetməni itirməsi olub. 
Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ