Sürücü avtomobili piyadaların üzərinə sürüb, ölənlər var
Tarix:
17-04-2017, 08:03
/ 4 087 dəfə oxundu.
İspaniyanın Navarra şəhərində avtomobil tam sürətlə insanların üzərinə sürülüb. Bu barədə yerli mətbuat yazıb.
İlkin məlumata görə, insident nəticəsində ölənlər var. Zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir.
Hazırda asayiş keşikçiləri hadisə yerindən qaçan sürücünü axtarırlar. Jurnalistlər onun maşını qəsdən piyadaların üzərinə sürdüyünü iddia edirlər.(Report)