SON DƏQİQƏ
» » 8 terrorçu öldürüldü, 1 türk əsgəri yaralandı

8 terrorçu öldürüldü, 1 türk əsgəri yaralandı

Tarix:

6-04-2017, 07:59

/ 4 452 dəfə oxundu.
8 terrorçu öldürüldü, 1 türk əsgəri yaralandı

PKK terrorçuları Türkiyənin Hakkari vilayətində təhlükəsizlik qüvvələrinə hücum edib.
 Bu barədə "Habertürk" Hakkari vilayətinin rəhbərliyinə istinadən xəbər verib.
Xəbərdə bildirilir ki, hadisə vilayətin Çukurca rayonunda baş verib. PKK terrorçularının hücumunun qarşısı alınması məqsədilə F-16 hərbi təyyarələrindən, Pilotsuz Uçan Aparatdan (PUA) istifadə edilib. Əməliyyat zamanı PUA tərəfindən 8 terrorçu məhv edilib, həmçinin 1 türk əsgəri də yaralanıb.
Yaralı Hakkari Dövlət Xəstəxanasına yerləşdirilib. Onun yüngül yaralandığı, həyatı üçün hər hansı təhlükənin olmadığı bildirilir.

GUNAZ.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ