SON DƏQİQƏ
» » Daşqınlar fövqəladə vəziyyətə səbəb olub

Daşqınlar fövqəladə vəziyyətə səbəb olub

Tarix:

4-04-2017, 06:49

/ 4 563 dəfə oxundu.
Daşqınlar  fövqəladə vəziyyətə  səbəb olub

Kolumbiya hökuməti ölkədə baş verən daşqınlar səbəbindən sosial, iqtisadi və ekoloji sahələrdə fövqəladə vəziyyət elan etmək barədə qərar qəbul edib.
 Bunu ölkə prezidenti Xuan Manuel Santos deyib.
"Biz Nazirlər Şurasında bir neçə qərar qəbul etdik. Birincisi, büdcəyə dəyişiklik etmək və eləcə də, fəlakətin nəticələri ilə mübarizə üçün lazımi tədbirlərin görülməsi məqsədi ilə vəsaiti yenidən bölüşdürmək üçün sosial, iqtisadi və ekoloji sahələrdə fövqəladə vəziyyət elan etməkdir", - deyə o, televiziya ilə müraciətində bildirib.
Daşqınlar nəticəsində 262 nəfərin öldüyü, bir o qədər insanın yaralandığı bildirilir.

GUNAZ.az 

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ