SON DƏQİQƏ

Azərbaycanda kütləvi dava

Tarix:

28-03-2017, 01:39

/ 4 766 dəfə oxundu.
Azərbaycanda kütləvi dava

Axşam saatlarında Goranboy rayonunun Meşəli kəndində kütləvi dava baş verib.
Nəticədə həmin kəndin 1995-ci il təvəllüdlü sakini Salmanov Əlimşah Şahmirzə oğlu başından ağır xəsarət alıb.
Dostlarının köməyi ilə xəstəxanaya aparılan yaralıya həkimlər tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra o, Travmatologiya şöbəsinə yerləşdirilib. Həkimlər hazırda yaralının vəziyyətinin orta-ağır olduğunu bildirirlər.
Goranboy rayon Polis şöbəsindən "Report"un Qərb bürosuna verilən məlumata görə, baş vermiş kütləvi davaya torpaq sahəsi üstündə yaranmış mübahisə səbəb olub.
Faktla bağlı Goranboy rayon Polis şöbəsində araşdırma aparılır. (report)

Gunaz.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ