SON DƏQİQƏ
» » Vərəm xəstəsi olan qadın özünü öldürmək istədi

Vərəm xəstəsi olan qadın özünü öldürmək istədi

Tarix:

25-03-2017, 15:48

/ 4 790 dəfə oxundu.
Vərəm xəstəsi olan qadın özünü öldürmək istədi

Bu gün Salyan rayonunda intihara cəhd hadisəsi baş verib.
Gunaz.az-ın virtualaz.org-a istinadən məlumatına görə, rayonun Təzəkənd kənd sakini, 66 yaşlı Bağırova Səfiyyə Həbulla qızı yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü ilgəklə asaraq intihar etməyə cəhd edib.
 Ailə üzvləri vaxtında bundan xəbər tutaraq, onu xilas edə biliblər.
Qadın Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirirlər.
İlkin məlumatlara görə, Səfiyyə Bağırova ağır vərəm xəstəliyindən əziyyət çəkdiyindən ağrılara dözə bilməyərək bu addımı atıb.
Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırmalara başlanılıb.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ