SON DƏQİQƏ

Timsah balıqçını parçalayıb

Tarix:

20-03-2017, 09:20

/ 4 006 dəfə oxundu.
Timsah balıqçını parçalayıb

Avstraliyanın hüquq-mühafizə orqanları martın 20-də çay sahilində ötən şənbə günü balıq tutmaq adı ilə evdən çıxan və itgin düşən 35 yaşlı kişinin meyitini aşkar ediblər.

 Xəbər verilir ki, polisin fərziyyəsinə görə, yerli sakini timsah parçalayıb.

Hazırda uzunluğu təqribən 4 metr olan sürünənin axtarışları davam etdirilir.

Martın 19-da həmin ərazidə timsah 18 yaşlı gəncə hücum edərək onun əlini dişləyib.

Gunaz.az
скачать dle 12.1

Şərhlər